Asmir Beqoviç: "Ehtiyatda oturub, pul qazanmaq mənlik deyil"

"Qarabağ"ın yeni transferi Asmir Beqoviç sportsport.ba-ya açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı qolkiper ilk təssüratlarını bölüşüb:

 

"Nəhayət, Bakıda yerləşdim. Son bir neçə gündə başım çox bəla çəkdi. Klub dəyişəndə belə problemlər yaranır. İlk təssürat? Ən üst səviyyə! Çox xoşuma gəldi. Klubdakı insanlar mənə həmişə kömək etməyə çalışır. Həqiqətən də bir ailə kimidir. Bakı isə gözəl şəhərdir. "Qarabağ"ın həyatımda gözəl bölümlərindən biri olacağına inanıram".

 

Bosniya və Herseqovinalı qapıçı "Qarabağ"a transferinin tez baş tutduğunu deyib:

 

"Qarabağ"a transfer qısa müddətdə baş tutdu. Başqa klublar da maraq göstərirdi. Ancaq seçimimdə "Qarabağ"ın ən doğru qərar olduğunu deməliyəm. Bu transfer mənə yaxşı göründü, düzgün seçimdir. "Qarabağ" yaxşı ənənəsi olan ciddi klubdur. Hər zaman kuboklar üçün oynayan, Avropada uğurları olan komandadır. Güvəni haqlı çıxarmaq isə mənə qalıb".

 

Təcrübəli qapıçı Avropa Liqasının qrup mərhələsi barədə fikirlərini bildirib:

 

"Qrupda APOEL, "Düdelanj" və "Sevilya" var. Hamısının öhdəsindən gələcəyimizə inanıram. Əlbəttə, bu, asan olmayacaq. APOEL-in "Ayaks"a çətinlik yaratdığını ördünüz. "Düdelanj"ın səviyyəsi olmasaydı, qruplara qalmazdı".

 

Beqoviç "Bornmut"dan ayrılmağının səbəbini izah edib:

 

"Xaos kimi idi. Durum gündən günə dəyişirdi. "Bornmut"da ön planda deyildim. Mənimlə maraqlanan klublar var idi. Klubun qərarlarına əməl etməyə çalışırdım. Qərar verdim ki, təkliflərdən birini dəyərləndirim. Kimsə "Ehtiyatda qalıb, pulunu qazanmalı idin", - deyir, ancaq mən belə insan deyiləm".

 

Qapıçı Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçkinin Beqoviçin milliyə dönmə ehtimalının olduğu barədə danışıb:

 

"Əgər belədirsə, əla. Geri dönəndə xoşbəxt olacam. Milli komandaya qapını bağlamamışam. Əlimdən gələn köməyi etmək istəyirəm. Hazırda vacib olan keçmiş gücümüzə qayıtmaqdır. Ermənistana məğlubiyyət üzücüdür, amma futbolda olur belə şeylər".

Tarix: 11 Sentyabr [14:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio