Müğənninin burnunu qıran Ardaya hökm oxundu

17:06 - 11 Sentyabr 2019

Ötən ilin sonlarında gecə klubunda müğənni Berkay Şahinin xanımına sataşan və sənət adamının burnunu qıran Arda Turan qalmaqala səbəb olmuşdu. Məsələ məhkəməyə qədər uzanıb və bu gün futbolçuya hökm oxunub.

 

Sportal.az xəbər verir ki, Arda Turan İstanbul Ədalət Məhkəməsində cinsi zorakılıq, qəsdən yaralama, silahdan atəş açma, qeyri-qanuni silah gəzdirmə maddələri ilə ittiham olunub. 

 

 

32 yaşlı futbolçuya 2 il 8 ay 15 gün həbs cəzası verilib. Ancaq məhkəmə hökmün elanının təxirə salınmasına qərar verib.

 

Xəbər xətti