Elnur Çodarov: "Onun şəxsi həyatında problemləri var"

Azərbaycan Premyer Liqasının IV turunda evdə "Zirə"yə 1:2 hesabı ilə uduzan "Sumqayıt"ın məşqçisi Elnur Çodarov oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, mütəxəssis nəticəni şərh edib:

 

"Oyuna zəif başladıq və rəqib hesabı açdı. Tədricən toparlanmağa başladıq və bərabərlik qolunu fasiləyə kimi vurduq. İkinci hissədə daha yaxşı oynadıq. “Zirə” kimi komandayla oyunda 2 dəfə 100 faizli imkanı qaçırırsansa, bunun acısını çəkirsən".

 

Çodarov "Zirə"nin ikinci qolunu vuran Şafik Tiqrudjanın əllə oynaması barədə bunları deyib:

 

"Oyun zamanı epizodu görmədim. Ancaq matçda sonra təkrara baxanda gördüm ki, bəli, rəqib əllə oynayıb".

 

Mütəxəssis zəif performans sərgiləyən Sərtan Taşqının problemlərinin olduğunu söyləyib:

 

"Onun şəxsi həyatında problemləri var. İnanırıq ki, hər şey düzələcək".

 

Tarix: 14 Sentyabr [20:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2019
17  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio