20 yaşlı futbolçunun penta-triki PSV-yə qələbə qazandırdı - VİDEO

02:02 - 15 Sentyabr 2019

Hollandiya Erediviziyasında 6-cı turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, PSV evdə "Vitess"ə 5:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində 20 yaşlı hollandiyalı hücumçu Doniell Malen bütün qolların müəllifi olub.

 

"Ayaks"la PSV 13 xalla ilk iki pilləni bölüşür.

 

PSV - "Vitess" - 5:0

Qollar: Doniell Malen, 18, 36, 46, 83 (pen.), 89 (pen.)

 

Xəbər xətti