"Qrup mərhələsini adlayacağımıza inanırıq, biz güclüyük" - APOEL-in futbolçusu

12:56 - 15 Sentyabr 2019

Kipr çempionatının üçüncü turunda AEL-i 3:0 hesabı ilə məğlub edən APOEL-in yarımmüdafiəçisi Draqan Mixayloviç açıqlama verib.

 

Sportal.az goal.com.cy saytına istinadən xəbər verir ki, Serbiya əsilli isveçrəli futbolçu Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib:

 

"Qrup mərhələsini adlayacağımıza inanırıq. Biz güclüyük. Rəqiblərimiz yaxşı komandalardır. Hər oyun onları görəcəyik. Bütün oyunlara qələbə üçün çıxacağıq. Avropa Liqasında keçmiş klubum "Luqano" ilə oynamışam. Uğurlu nəticə göstərmək üçün çox yaxşı şansımız var. APOEL-in Avropada keçmişi var. Azarkeşlərə bir hədiyyə vermək istəyirik".

 

APOEL (Kipr), "Qarabağ" (Azərbaycan), "Sevilya" (İspaniya) və "Düdelanj" (Lüksemubrq) klubları Avropa Liqasının A qrupunda qərarlaşıb.

 

APOEL ilk turda "Düdelanj"la, "Qarabağ" "Sevilya" ilə görüşəcək.

Xəbər xətti