"Qarabağ"da Mahir şoku: "Sevilya" ilə oyunu buraxacaq

16:52 - 17 Sentyabr 2019

Avropa Liqasının qrup mərhələsinin I turunda "Sevilya"nı qəbul edəcək "Qarabağ" ciddi itki ilə üzləşib.

 

Sportal.az-ın məlumatına görə, Ağdam klubunun hücumçusu Mahir Emreli Premyer Liqanın IV turunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyunda zədələnib. 22 yaşlı futbolçu qarşılaşmanın 77-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı.

 

Əzələsini dartan futbolçunun bərpa prosesi bir neçə həftə çəkəcək. Azərbaycan millisinin üzvü "Sevilya" ilə oyunda komandasında kömək edə bilməyəcək.

 

"Qarabağ"ın heyətində Filip Ozobiç və Rahil Məmmədov da zədədən əziyyət çəkir.

 

Sentyabrın 19-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" görüşü saat 20:55-də başlayacaq.

Xəbər xətti