Azərbaycan millisinin FIFA reytinqi açıqlandı

12:36 - 19 Sentyabr 2019

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyi dəyişməyib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 1191 xalla 109-cu sırada qərarlaşıb.

 

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya 8-ci (1625 xal), Uels 23-cü (1522 xal), Slovakiya 29-cu (1493 xal), Macarıstan isə 50-ci yerdə (1430 xal) məskunlaşıb.

 

Cədvələ 1752 xalla Belçika başçılıq edir. Fransa 1725 xalla ikinci, Braziliya 1719 xalla üçüncüdür.

Xəbər xətti