Qvardiola "Mançester Siti"də xələfinin adını açıqlayıb

14:54 - 21 Sentyabr 2019

İngiltərə Premyer Liqasında "Mançester Siti"ni ardıcıl iki dəfə çempion edən Pep Qvardiola "şəhərlilər"in növbəti baş məşqçisinin adını açıqlayıb.

 

Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis köməkçisi Mikel Artetanın komandanı uğurlu çalışdıracağını deyib:

 

"Məndən sonra komandanı Mikel Artetanın çalışdıracağını və uğurlar qazanacağından əminən. İndi gəncdir, amma böyük klublarda ulduz oyunçularla çalışmaqla təcrübə toplayıb. Həm də Mikel gözəl insandır və işinə ciddi yanaşır".

 

48 yaşlı çalışdırıcı komandasının "Liverpul"dan 5 xal geri qalması barədə bunları söyləyib: 

 

"Keçmişdə qazandığımız uğurlar bunu sabah da edəcəyimiz anlamına gəlməməlidir. Dəfələrlə "Liverpul"u karyeramda qarşılaşdığım ən güclü rəqib hesab etdiyimi demişəm. "Liverpul" öndə olanda və olmayanda da bunu söyləmişdim. Yenə qalib gələ və ya uduza bilərik. Çempionatın nə qədər çətin olduğunu bilirəm. Çətinliklərin öhdəsindən gəlməyə çalışacağıq".

Xəbər xətti