Komanda yoldaşının saatını oğurlayan futbolçu qovuldu

"Nitsa"nın hücumçusu Lamine Diabi komanda yoldaşı Kasper Dolberqin 70 min avroluq saatını oğurladığı üçün klubdan qovulub.

 

Sportal.az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu quldurluq etdiyini boynuna almış, Dolberq və baş məşqçi Patrik Vieyradan üzr istəyərək, saatın kompensiyasını ödəyəcəyini öhdəliyinə götürmüşdü.

 

Klub rəhbərliyi sərt addım atmağa məcbur olub və onu komandadan göndərib. Diabi II Liqa təmsilçisi "Paris"ə keçib.

 

Dolberqin saatı sentyabrın 19-u paltardəyişmə otağından oğurlanmışdı. Diabi məşq zamanı fürsət tapan kimi paltardəyişmə otağından saatı oğurlamağa müvəffəq olmuşdu.

 

Diabi Fransanın U-16, U-17 və U-18 millilərinin üzvü olub. Fransalı futbolçu son 10 ildə "Nitsa" akademiyasından çıxan ən potensiallı oyunçulardan biridir.

 

"Nitsa" 21 yaşlı Dolberqi bu yay "Ayaks"dan 20,5 milyon avroya transfer etmişdi.

Tarix: 1 Oktyabr [17:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2019
21  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio