"Neftçi" azarkeşlərindən Kamran Quliyevə: "Sumqayıt" səni gözləyir"

20:56 - 5 Oktyabr 2019

Azərbaycan Premyer Liqasının 7-ci turunda "Neftçi" "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, "Bakcell Arena"da keçirilmiş görüşdə "ağ-qaralar"ın azarkeşləri klub rəhbərliyini istefaya səsləyib.

 

Rəhbərlikdən narazı olan "Forza Neftçi" və "NeftchiMania"nın üzvləri klub prezidenti Kamran Quliyevə “Kamran, “Sumqayıt” səni gözləyir”, - deyə şüarlar səsləndirb.

 

Azarkeşlər Quliyevlə yanaşı, komandanın baş meneceri Ceyhun Sultanov və baş məşqçi Roberto Bordini də istefaya səsləyib.

Xəbər xətti