7-ci dəfə 7 qələbə ilə

11:52 - 7 Oktyabr 2019

Azərbaycan Premyer Liqasının 1-ci dövrəsini lider kimi başa vuran “Qarabağ” 7 oyunda 7 qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə komandalardan biri ilk yeddi turda xal itirmir.

 

İndiyədək qeydə alınan 6 belə hadisəyə üç komanda imza atıb. “Neftçi” 4, “Şəfa” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə uğurlu startla fərqlənib.

 

“Qarabağ” isə bunu bacaran 4-cü klub olub. Sonuncu belə seriya 12 il əvvələ təsadüf edib. Həmin vaxt “Xəzər Lənkəran” çempionata ardıcıl 7 qələbə ilə başlayıb.

Xəbər xətti