Viktor Valdes "Barselona"dan göndərildi

17:17 - 7 Oktyabr 2019

"Barselona" U-19 komandasına 3 ay öncə baş məşqçi təyin etdiyi Viktor Valdeslə yollarını ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 37 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

"Marca" Valdesin aşağı yaş qruplarına nəzarət edən Patrik Klyuvertlə fikir ayrılığı yaşadığı üçün klubdan göndərildiyini yazıb.

 

İspaniyalı qapıçı 2002-2014-cü illərdə "Barselona"da çıxış edib.

Xəbər xətti