"Qrupda ən azı ikinci olmağımız çox yaxşı olardı" - APOEL-in futbolçusu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Kiprin APOEL klubunun hücumçusu Roman Bezyak Sloveniya mətbuatına açıqlama verib.

 

Sportal.az "Rtv"yə istinadən xəbər verir ki, sloveniyalı futbolçu APOEL-in təsnifat mərhələlərindəki oyunlarıbı şərh edib:

 

"Qarabağ”a evdə 1:2 hesabı ilə məğlub olduqdan sonra yeni baş məşqçi təyin edildi. Tomas Doll komandaya gələndən sonra mənim üçün hər şey bir gecədə dəyişdi. Bakıda 2:0 hesabı ilə qalib gəldik və Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandıq. “Ayaks”a qarşı möhtəşəm oynadıq. Bunu hücum mənasında demirəm, çünki bu komandaya qarşı hücum futbolu oynaya bilmərsən. 5 oyunda 16 qol vurduq və bunun uğur olduğunu qeyd edə bilərəm”.

 

30 yaşlı forvard Nikosiya klubunun Avropa Liqasındakı şanslarını dəyərləndirib:

 

“Çempionlar Liqasında oynamaq üçün sənin birinci dərəcəli oyunçuların olmalıdır. Biz hələ o səviyyədə deyilik. Avropa Liqasında oynamaq bizim üçün mövcud reallıqdır. Qrupda ən azı ikinci olmağımız çox yaxşı olardı”.

 

“Qarabağ” qrup mərhələsində növbəti iki oyununu APOEL-ə qarşı keçirəcək. Kipr klubu iki oyundan sonra xal qazanmayıb.

Tarix: 8 Oktyabr [12:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2019
18  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio