Azərbaycan millisinin üzvü Fransaya buraxılmadı - hava limanından geri qaytarıldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlını Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları Fransaya buraxmayıb.

 

Sportal.az federasiyanın istinadən xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan Bayramlı oktyabrın 9-u AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək. 


Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib. AFFA və Fransa Futbol Federasiyası bununla bağlı araşdırma aparır.


"Keşlə"nin futbolçusu ötən mövsüm Latviya təmsilçisi "Dauqavpils"də çıxış edib.

 

Tarix: 8 Oktyabr [22:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio