Macarıstan - Azərbaycan oyununu 15 min uşaq izləyəcək

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində Budapeştdə Macarıstanın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, “Qroupama Arena”da keçiriləcək qarşılaşmanı 15 minə yaxın azyaşlı izləyəcək.

 

UEFA Slovakiya ilə oyunda fanatların rəftarına görə, Macarıstan millisinə bir oyunluq azarkeşsiz oynamaq cəzası verib. Qaydaya görə, 14 yaşdan kiçik uşaqlar matçı tribunadan izləyə bilər.

 

Bu səbədən də federasiya stadionu uşaqlarla doldurmağa qərar verib. 15 minə yaxın müarciət qəbul olunub.

 

Macarıstan - Azərbaycan oyunu oktyabrın 13-ü baş tutacaq.

Tarix: 9 Oktyabr [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2019
14  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio