Azərbaycan millisi ilk oyunda Norveçə uduzdu

18:53 - 9 Oktyabr 2019

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

 

Sportal.az xəbər verir ki, Samir Əliyevin başçılıq etdiyi kollektiv bu gün ilk oyununu keçirib. Milli komanda Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

 

Çexiyanın Fridek-Mistek şəhərindəki "Stovki" stadionunda keçirilən oyun Norveçin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Avropa çempionatının seçmə mərhələsi, 7-ci qrup

9 oktyabr

 

17:00. Azərbaycan - Norveç - 0:1

Qol: Elnur İbrahimov, 6 (avtoqol)

Hakimlər: Fran Yoviç, Xrvoye Radiç (Xorvatiya), Radim Dresler, Yan Petrik (Çexiya)

Fridek-Mistek, "Stovki" stadionu

Xəbər xətti