Dibalaya nifrət etdiyini açıqladı: "Qızımdan ayrı qalmaq çətindir" - FOTOLAR

İtaliya Seriyasının 7-ci turunda "İnter"ə qol vuran "Yuventus"un argentinalı hücumçusu Paulo Dibalanın meydanda kənardakı işləri qaydasındadır. 25 yaşlı futbolçu sevgilisi Oriana Sabatini ilə gözəl zaman keçirir.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı müğənninin anası Qabriela Sabatini Argentinada proqramların birində qonaq qismində iştirak edib. Qabriela qızından ayrı qalmağın çətin olduğunu deyib:

 

"Dibalaya nifrət edirəm. O, qızıma qayğı göstərdiyini deyir. Son günlərdə münasiblətlərinin bir yaşı oldu. Sözün düzü, ilk vaxtlarda qızımın gedişinə dözə bilmirdim, özümü öldürmək istəyirdim. Bir dəfə qızımı dörd ay görmədim, çox çətin idi".

 

Qabriela müğənni qızının klipdə başqa qadını öpməsinə münasibət bildirib:

 

"Oriananın başqa qadını öpməsi xoşuma gəldi. Buna heç etiraz etmədim. Qızım azad olduğunu və her şey edə biləcəyini düşünür. Mən həmin anı bəyəndiyimi qızıma dedim".

 

Dibala və Oriana bir ildən çoxdur ki, sevgili həyatı yaşayırlar.

 

Image may contain: 1 person, sittingImage may contain: 1 person, closeupImage may contain: 1 person, smiling, standing, tree, outdoor and natureImage may contain: 1 person, standing, ocean, sky, outdoor, nature and waterRelated image

Tarix: 9 Oktyabr [14:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2019
18  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio