Şenol Günəş: "Gedin, Trampla Makrondan soruşun"

AÇ-2020-nin seçmə mərhələsində Parisdə Fransa yığması ilə 1:1 hesablı heç-heçə edən Türkiyə millisinin baş məşqçisi Şenol Günəş oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 67 yaşlı mütəxəssis qeydə alınmış nəticəni şərh edib:

 

"Öncə Allahıma minnətdaram. Bir xal bizim üçün sevindiricidir. Qalib gəlmək lap gözəl olardı, amma Fransa güclü komandadır. Ağıllı oynamalı idik. Futbolçular əllərindən gələni etdi və layiq olduqları bir xalı qazandı. Azarkeşlərimiz də bizə dəstək verdi. Bütün türklərin bizdən uğur gözlədiyini bilirdik, asan keçmədi. O ümidi verdik və xoşbəxtliyə çevirmək istədik. İlk hissədə yaxşı oynamadıq. Fasilədən sonra yaxşı oynamağa başladıq, amma yetərli deyildi. Bu nəticə bizə vacib məsafə qazandırdı. İslandiya və Andorranı da məğlub etsək, qrupda lider ola bilərik". 

 

Təcrübəli çalışdırıcı azarkeş dəstəyindən danışıb:

 

"Tribunalar gözəl görünürdü. Hər oyunda belə olmasını istərdim. Bizim azarkeşlər çox yaxşı idi. Fransanın da fanatları yaxşı görüntü sərgiləyirdi. Bizim fanatların səsini batırmağa çalışırdılar. Gözəl atmosfer idi. Matç dostluqla bitdi. İslandiya ilə oyun final xarakteri daşıyacaq. Üstünlüyümüz yoxdur. Çünki arxamızda Fransa kimi komanda var. Fransadan dörd xal almaq və lider olmaq gözəldir. Xoşbəxtik, inşallah, belə davam edər". 

 

Şenol Günəş türkiyəli futbolçuların qol sevincini əsgər salamı ilə qeyd etmələri barədə bunları deyib:

 

"Əsgər salamında pis niyyət yoxdur, elə fikirlərə sahib deyilik. Əsgər salamını onu-bunu öldürmələri üçün etmirik. Əsgərlərimiz bizi qorumaq üçündür. Bunları həmişə mənə sual verirsiniz, ancaq belə şeylər Donald Trampla (ABŞ prezidenti - red) Emmanuel Makronun (Fransa prezidenti - red) işləridir. Gedin, onlardan soruşun. Mən komandanı çalışdırıram".

 

H qrupunda qərarlaşan Türkiyə yığması 8 turdan sonra 19 xalla 1-ci yerdə qərarlaşıb. 2-ci pillədəki Fransanın da 19 xalı var. İslandiya 15 xalla 3-cü yerdədir.

 

Tarix: 15 Oktyabr [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio