"Ayaks" rəsmisindən Tomas Müller açıqlaması

11:51 - 17 Oktyabr 2019

"Ayaks"ın idman direktoru Mark Overmars adı klubla hallanan Münhen "Bayern"inin hücumçusu Tomas Müllerlə bağlı açıqlama verib.

 

Sportal.az "Sportbuzzer"ə istinadən xəbər verir ki, klub rəsmisi 30 yaşlı futbolçu "Ayaks"a gəlsə, bundan məmnun olacaqlarını deyib:

 

"Məncə, Müller "Bayern"in sisteminə, mentalitetinə uyğun futbolçudur. Əgər bizə keçmək istəsə, mənimlə əlaqə saxlaya bilər. "Ayaks"ın qapıları ona daim açıqdır".

 

11 yaşından "Bayern"də olan almaniyalı futbolçunun klubla 2 illik müqaviləsi mövcuddur.

Xəbər xətti