Riberi özünü görəndə təəccübləndi: "Bu adam kimdir?"

14:14 - 18 Oktyabr 2019

"Fiorentina"nın yarımmüdafiəçisi Frank Riberi uşaqları ilə "PlayStation" oynayarkən təəccüblü halla rastlaşıb.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçu satış rekordları qıran FIFA20-də özünə bənzəmədiyini görəndə şoka düşüb.

 

Sosial şəbəkə hesabında həmin fotonu paylaşan 35 yaşlı futbolçu bu sözləri qeyd edib: "Salam EA Sports. Bu adam kimdir?"

 

Image

 

"eFootball PES" sosial şəbəkədə diqqətçəkən paylaşım etməklə ən böyük rəqibi FIFA-ya atmaca atıb: "Hey, Frank! Bu adamı tanıyırsan?" 

 

Image

Xəbər xətti