Nazarov növbəti qolunu vurdu, "Aue" qalib gəldi - VİDEO

23:23 - 18 Oktyabr 2019

Almaniya II Bundesliqasında 10-cu tura start verilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Aue" klubu "Nürnberq"i qəbul edib və 4:3 hesablı qələbə qazanıb.

 

Nazarov oyuna start heyətdə başlayıb və sonadək oynayıb. 29 yaşlı futbolçu 62-ci dəqiqədə təyin edilən penaltini dəqiq yerinə yetirməklə hesabı 1:1 edib. Qalan vaxtda qapılara daha 5 top vurulub. Qalib gələn tərəf isə "Aue" olub - 4:3.

 

Dima bu mövsüm çempionatda 5 qol vurub.

 

"Aue" 18 xalla 4-cü pillədə qərarlaşıb.

 

Xəbər xətti