“Qarabağ”ın məşqçiləri Kiprdə APOEL-in oyununu izlədi

12:51 - 20 Oktyabr 2019

“Qarabağ”ın məşqçiləri Elçin Rəhmanov və Borçe Xristov Kiprə yollanıb.

 

Sportal.az xəbər verir ki, onlar APOEL-in Kipr I Liqasında “Doha”ya qarşı oyununu stadiondan izləyib.

 

Nikosiyadakı GSP stadionunda keçirilmiş matçda APOEL 2:0 hesabı ilə qalib gəlib. 

 

“Qarabağ” - APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xəbər xətti