"Səbail"də yeni rekordçu

Fəhmin Muradbəyli “Səbail”in heyətində Premyer Liqada ən çox oyun keçirən futbolçu adına yiyələnib.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, mövsümün VIII turunun “Sumqayıt”la görüşündə (0:2) rəsmiləşib. “ASCO Arena”dakı qarşılaşma yarımmüdafiəçinin “Səbail”in heyətində 44-cü çempionat matçı olub. Fəhmin bununla da klubun formasını 43 dəfə geyinən Maudo Jarjueni arxada qoyub.

 

Fəhmin “Səbail”də 3-cü mövsümünü keçirir. O, komandasının Premyer Liqada debüt etdiyi 2017/18 mövsümündə 13, ötən çempionatda 24 oyun keçirib. Hər iki mövsümdə 3 qol vuran yarımmüdafiəçi cari çempionatda 7 matçda iştirak edib.

 

Tarix: 21 Oktyabr [12:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio