APOEL Bakıda

14:33 - 23 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”ın qonağı olacaq Kiprin APOEL klubu Bakıya gəlib.

 

Sportal.az xəbər verir ki, komanda 2,5 saatlıq uçuşdan sonra 14:00-da Bakıdakı hava limanına çatıb.

 

Sabah "Qəbələ"nin U-19 komandası ilə Gənclər Liqasında qarşılaşacaq APOEL-in U-19 kollektivi də Bakıya gəlib. Onlar cavab matçı üçün Qəbələ şəhərinə yollanıb.

 

APOEL bu gün 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda oyun öncəsi son məşqinə çıxacaq.

 

“Qarabağ” – APOEL oyunu oktyabrın 24-ü saat 20:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xəbər xətti