Əfran yenə mitinqdən danışdı: "Pulumuzu alıb, qışqırırdıq"

"Keşlə"nin yarımmüdafiəçisi Əfran İsmayılov yenidən mitinq məsələsi ilə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, millimizin sabiq üzvü dolanışığından heç bir narazılığının olmadığını deyib:

 

"Həyatımdan, dolanışığımdan, dövlətimdən razıyam. Sadəcə sual verilib, cavablandırmışam ki, o vaxt İsa Qəmbərin mitinqlərində iştirak etmək üçün camaata pul paylayırdılar. Mən hökuməti və ya müxalifəti pisləməmişəm. Mən azərbaycanlıyam, hamının mehriban olmasını, sülh şəraitində yaşamasını istəyirəm. Mitinq məsələsinə gəlincə, o vaxt biz uşaq idik, butulka yığıb satırdıq. Gəlirdilər ki, mitinq var, pul verirdilər. Heç bilmirdim, orda söhbət kimdən gedir. Gedib pulumuzu alıb, qışqırırdıq. Uşaq idik də. İndi bu sözə görə məni sosial şəbəkədə təhqir edənlər var. Onlar başa düşmürlər ki, yazdıqları şərhi yaxınları da oxuyur?" (ölkə.az)

Tarix: 29 Oktyabr [14:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Noyabr 2019
21  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio