Şumaxerlə bağlı üzücü məlumat

14:31 - 30 Oktyabr 2019

Formula-1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin Parisin "Pompidou" klinikasında əməliyyat olunacağı açıqlanmışdı.

 

Sportal.az "Le Parisien"ə istinadən xəbər verir ki, italiyalı nevroloq Matilda Leonardi bunun mümkün olmayacağını deyib:

 

"Şumaxer kimi minimal şüurlu xəstələrə müsbət təsir edən kök hüceyrə müalicəsi təcrübədə yoxdur. Bu iddialar insanları boş yerə ümidləndirir".

 

50 yaşlı keçmiş pilotun ailəsi ona hüceyrə köçürülməsi üçün Parisə aparmışdı. Bu üsul standart müalicəyə cavab verməyən xəstələrə tətbiq olunur. Zədələnmiş orqanlara birbaşa kök hüceyrə yeridilməsi ilə orqanların yenidən əvvəlki funksiyası bərpa olunur. Mayalanmadan dörd gün keçdikdən və bir neçə hüceyrənin bölünməsindən sonra totipotent adlanan mayalanmış yumurta hüceyrələri inkişaf etməyə başlayır və blastosit adlanan içi boş kürəyə çevrilirlər. Müxtəlif hüceyrə növlərinə çevrilmə və özünü yeniləmə qabiliyyətinə malik olan bu hüceyrələrə kök hüceyrə deyilir.

 

2013-cü ildə Fransanın Alp dağlarında xizək sürərkən yıxılan Şumaxer kəllə-beyin travması almışdı. Almaniyalı pilot komadan ayılmayıb.

Xəbər xətti