Qadın hakim öncə sarı vərəqə göstərdi, sonra selfi etdi - VİDEO

İsrail və braziliyalı keçmiş futbolçular arasında keçilən yoldaşlıq oyununda maraqlı hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, Hayfa şəhərində təşkil edilən xeyriyyə oyununun 51-ci dəqiqəsində qadın hakim Kakanı heç bir səbəb olmadan sarı vərəqə ilə cəzalandırıb və daha sonra onunla selfi çəkdirib.

 

Kaka və digər futbolçular bu hadisəni təəccüblə qarşılayıb.

 

 

Qarşılaşmada braziliyalı əfsanələr 4:2 hesabı ilə qalib gəlib. Qolları Bebeto, Ronaldinyo, Kaka və Marsio Amorozo vurub.

 

Tarix: 30 Oktyabr [17:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2019
17  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio