“Zirə”nin 20-ci səfər “sülh”ü

10:55 - 31 Oktyabr 2019

Azərbaycan Premyer Liqasının IX turunun “Sabah”la görüşündəki 2:2 hesablı heç-heçə “Zirə” üçün yubileylə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, bu, “Qartallar”ın ölkə çempionatının yüksək dəstəsində 20-ci səfər heç-heçəsi kimi tarixə düşüb. Premyer Liqada 2015/16 mövsümündə debüt edən komanda bunadək rəqib meydanlarında keçirdiyi 64 qarşılaşmada 19 dəfə sülhə imza atmışdı.


“Zirə” debüt mövsümündə 7, 2016/17 mövsümündə 5, 2017/18 mövsümündə 4, 2018/19 mövsümündə 3 dəfə səfərdən 1 xalla qayıdıb. Cari çempionatda isə “Sabah”la matçda ilk səfər bərabərliyi qeydə alınıb.

 

Bunlardan 10-da 1:1, 8-də 0:0, 2-də 2:2 hesabına təsadüf olunub. 8 komandanın meydanında bərabərlik qeydə alınıb. “Neftçi” və “Qəbələ”nin meydanında daha çox – 4 dəfə heç-heçəyə nail olan “Qartallar” “Keşlə” ilə 3, “Qarabağ”, “Sumqayıt”, AZAL və “Kəpəz”lə 2, “Sabah”la 1 dəfə brəabərə qalıb.

 

“Zirə”nin Premyer Liqada ilk səfər heç-heçəsi 2015-ci il avqustun 16-da “Kəpəz”lə oyunda qeydə alınıb – 1:1.

 

Xəbər xətti