Vidal "İnter"ə görə Çin klubundan imtina etdi

15:34 - 1 Noyabr 2019

"Barselona"da xoşbəxt olmadığını açıqlayan Arturo Vidal İtaliyanın "İnter" klubuna keçmək istəyir.

 

Sportal.az xəbər verir ki, çilili futbolçu keçmiş baş məşqçisi Antonio Kontenin rəhbərliyi altında oynamaq üçün Çinin "Şanxay SIPG" klubunun iki illik müqavilə təklifini rədd edib. 32 yaşlı futbolçu təklifi qəbul etsəydi, illik 10 milyon avro maaş alacaqdı.

 

"İnter"in Vidalı icarəyə götürmək üçün icarə təklifi yollayacağı iddia edilir.

 

Arturo Vidal bu mövsüm "Barselona"da 9 oyuna 3 qol vurub, 1 assist edib.

Xəbər xətti