APOEL-də baş məşqçi və futbolçu arasında növbəti gərginlik

14:05 - 3 Noyabr 2019

Avropa Liqasında "Qarabağ"ın rəqibi olan APOEL-də yenə gərginlik baş verib.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Tomas Dolla vingeri Musa əl-Tamarinin münasibətləri növbəti dəfə korlanıb.

 

İordaniyalı futbolçu Kipr I Liqasının 8-ci turunda AEK-lə matçın 66-cı dəqiqəsində əvəzlənməsinə əsəbləşib. Tomas Doll həmin vaxt Tamarinin hərəkətinə reaksiya verməsə də, onu yenidən cəzalandıracağı istisna deyil.

 

Almaniyalı mütəxəssis "Qarabağ"la Bakıdakı son oyunda Tamarini intizamsızlığına görə oynatmamışdı.

Xəbər xətti