Son üçün psixoloq ayrılacaq

İngiltərə Premyer Liqasının 11-ci turunda "Everton"la matçda (1:1) Andre Qomeşlə mübarizə zamanı onun ayağını qıran "Tottenhem"in futbolçusu Son Hın-Min depressiyaya düşüb.

 

Sportal.az "The Sun" istinadən xəbər verir ki, qarşılaşmadan sonra cənubi koreyalı forvard miks-zonadan əllərini üzünə tutaraq jurnalistlərə görünmədən uzaqlaşıb. Evdə tək qalmaq istəyən Son telefonunu söndürüb, heç kimlə ünsiyyət qurmaq fikrində deyil.

 

"Tottenhem" futbolçu üçün psixoloq ayıracaq.

 

78-ci dəqiqədə Qomeşin ayağını qıran futbolçu qırmızı vərəqə alıb. Rəqibin ağrılar içində olduğunu görən Son göz yaşlarını saxlaya bilməyib.

Tarix: 5 Noyabr [00:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio