Eltun Turabov geri döndü, "Biliş" "Skenderbeu"ya uduzdu

13:25 - 10 Noyabr 2019

Albaniya çempionatında 12-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Eltun Turabovun formasını geyindiyi “Biliş” səfərdə “Skenderbeu”ya 2:3 hesabı ilə məğlub olub.

 

Zədəsini sağaldan Eltun Turabov qarşılaşmaya start heyətdə başlayıb. Baş məşqçi 22 yaşlı müdafiəçini 70-ci dəqiqədə əvəzləyib.

 

“Biliş” 20 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 21 xalı olan "Partizani" liderdir.

Xəbər xətti