Fərid Nəbiyev Çexiyada növbəti qolunu vurdu

11:22 - 11 Noyabr 2019

U-21 millisinin futbolçusu Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın B komandası Çexiya Gənclər Liqasının 14-cü turunda "Viktoiya"nın qonağı olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşma Plzen klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

90 dəqiqə oynayan Fərid uduzduqları matçın 32-ci dəqiqəsində fərqlənib. Nəbiyev bu mövsüm vurduğu qolların sayını 6-ya çatdırıb.

 

“Slaviya” 14 turdan sonra 21 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti