Harri Uilson: "Azərbaycanı məğlub etməyin yolunu bilirik"

11:31 - 14 Noyabr 2019

Uels millisinin yarımmüdafiəçisi Harri Uilson AÇ-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan millisi ilə keçirəcəkləri oyun haqda danışıb.

 

Sportal.az xəbər verir ki, "Bornmut"un futbolçusu Azərbaycanı məğlub etməyin yolunu bildiklərini söyləyib:

 

"Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq əla olardı. Seçmə mərhələnin son iki oyununda qalib gəlməli olduğumuzu bilirik. İstədiyimiz oyunu sərgiləyə bilsək, əminəm ki, bunu bacaracağıq. Azərbaycanla evdəki görüş düşündüyümüzdən çətin olmuşdu. Buna görə də mütləq onlara hörmət etməliyik. Kardiffdəki matçda müdafiədə və orta xətdə yaxşı təşkilatlanmış komanda gördük. Azərbaycanın güclü və zəif tərəflərini analiz etmişik. Onları necə məğlub edə biləcəyimizi bilirik. Ancaq bizə qarşı diqqətli oynayacaqlar".

 

Uels millisi noyabrın 16-da Bakıda yerləşən 8-ci km stadionunda Azərbaycanla qarşılaşacaq.

Xəbər xətti