Əliyar Ağayevin idarə etdiyi oyunda Norveç qalib gəldi - VİDEO

12:02 - 19 Noyabr 2019

FIFA referisi Əliyar Ağayev AÇ-2020-nin seçmə mərhələsinin 10-cu turunda keçirlmiş Malta – Norveç matçını idarə edib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı hakim meydan sahiblərinin iki futbolçusuna sarı vərəqə göstərməklə yanaşı, bir dəfə də qapılarına penalti təyin edib. Norveçli forvard Coşua Kinq 11 metrlik zərbəni qeyri-dəqiq yerinə yetirib.

 

Oyun Norveçin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Xəbər xətti