Azərbaycan millisi tarixinin ən pis nəticəsini təkrarladı

02:47 - 20 Noyabr 2019

Azərbaycan millisi tarixinin ən pis göstəricisini təkrarlayıb.

 

Sportal.az xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələsinin son turunda Slovakiya ilə səfər matçında 0:2 hesabı ilə uduzan yığma qrupu 1 xalla sonuncu yerdə başa vurub.

 

Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv AÇ-1996-nın seçmə mərhələsində qeydə alınmış nəticəni təkrarlayıb.

 

1995/96 mövsümündə milli Ağasəlim Mircavadovun rəhbərliyi altında bir xal toplamışdı. Azərbaycan həmin zaman ilk dəfə beynəlxalq turnirə qatılmışdı.

Xəbər xətti