Emil Balayev Qazaxıstanda ən yaxşı oldu

10:54 - 22 Noyabr 2019

"Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasında ən yaxşı göstəriciyə malik qapıçısı olub.

 

Sportal.az xəbər verir ki, Balayev qapısını ən çox toxunulmaz saxlayan qapıçı adını qazanıb. 25 yaşlı qapıçı başa çatan mövsüm 18 oyunda qapısını toxunulmaz saxlayıb. Bu göstəricidə o, çempionatın ən yaxşısı olub. Emil çempionatda 31 görüşdə 22 qol buraxıb. Balayev mövsümün ən uzun quru seriyası (736 dəqiqə) ilə Qazaxıstan çempionatları tarixinin ilk 5-liyinə düşüb.

 

Emil Balayev ötən mövsümün qış fasiləsində "Səbail"dən "Tobol"a keçmişdi.

Xəbər xətti