Azərbaycan millisi C liqasında

2020-ci ildən etibarən UEFA U-19 yaş qrupunda keçirilən Avropa çempionatının yeni formatının da tətbiqinə başlayacaq.

 

Sportal.az xəbər verir ki, indiyədək təşkil olunan AÇ-lərdən fərqli olaraq, yeni formata əsaslanan turnirdə komandalar reytinqə görə 3 Liqaya (A, B, C) bölünüb.

 

Ənənəvi formatda keçirilən U-19 Avropa çempionatının növbəti final mərhələsi 2021-ci ildə, yeni format əsasında təşkil olunan U-19 AÇ-nin final mərhələsi isə 2022-ci ildə olacaq.

 

Bu gün yeni formatda təşkil olunan turnirin 1-ci raundunun püşkatma mərasimi keçirilib. Azərbaycan milli komandası bu raundda C Liqasının 3-cü qrupunda çıxış edəcək. Komandamızın rəqibləri Monteneqro, Farer adaları və Andorra yığmaları olacaq. Oyunlar 2020-ci il sentyabrın 22-də, 25-də və 28-də Andorrada təşkil olunacaq.

Tarix: 4 Dekabr [00:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Avqust 2020
6  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio