Maskerano Argentinaya qayıtdı

16:48 - 9 Dekabr 2019

Xavyer Maskeranonun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, argentinalı futbolçu karyerasını ölkəsinin "Estudiantes" klubunda davam etdirəcək. 35 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

 

"Estudiantes"in prezidenti bir vaxtlar Argentina millisində Maskerano ilə komanda yoldaşı olmuş Xuan Sebastyan Verondu.


Maskerano Avropada "Vest Ham", "Liverpul" və "Barselona"da çıxış edib. O, son olaraq Çinin "Hebey Çayna Forçun" klubunda top qovub.

Xəbər xətti