Ayaz Quliyev "Spartak"dan ayrılır

17:33 - 9 Dekabr 2019

Ayaz Quliyev qış transfer dönəmində Moskva "Spartak"ından ayrıla bilər.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi həmyerlimizi və gürcüstanlı yarımmüdafiəçi Cano Ananidzeni göndərmək niyyətindədi.

Ayaz bu ilin yanvarında "Rostov"dan "Spartak"a keçib. Quliyev Rusiyanın U-21 yığmasında çıxış edib. 23 yaşlı yarımmüdafiəçi əsas yığma ilə bağlı seçimini etməyib. Onun Azərbaycan millisində oynamaq variantı var.

Xəbər xətti