"Roma" Cengiz Ündəri Hakan Çalhanoğlu ilə dəyişəcək?

00:47 - 14 Dekabr 2019

İtaliyanın "Roma" klubu "Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlunu transfer etmək istəyir.

 

Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi bu keçid üçün qarşı tərəfə Cengiz Ündər, Amadu Diavara və ya Dieqo Perottidən birini təklif edəcək.

 

"Milan" Çalhanoğlu 2017-ci ildə "Bayer"dən 22 milyon avroya transfer etmişdi. Türkiyə millisinin üzvü bu mövsüm A Seriyasında 14 oyuna 1 qol vurub, 2 assist edib.

Xəbər xətti