Sneyderin vida oyunu təşkil ediləcək

00:23 - 25 Dekabr 2019

Niderland yığmasının sabiq futbolçusu Uesli Sneyderin vida oyunu keçiriləcək.

 

Sportal.az xəbər verir ki, son mövsümü Qətərin “Əl-Qarafa” klubunda keçirən 35 yaşlı sabiq futbolçunun yubiley matçı 2020-ci ilin iyunun 3-də Utrext şəhərində baş tutacaq. 

 

Vida matçında Sneyderin sabiq komanda yoldaşları dəvət alacaq.

 

"Ayaks"ın yetirməsi "Real" (Madrid), "İnter", "Qalatasaray", "Nitsa" klublarında da çıxış edib. Sneyder Niderland millisində 134 oyuna 31 qol vurub.

Xəbər xətti