Azərbaycan millisi Bolqarıstana uduzdu

Qadınlardan ibarət voleybol millimiz bu gün Tokio-2020 yay olimpiya oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində ikinci oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, A qrupunda mübarizə aparan Vasif Talıbovun kollektivi ilk iki turda Polşa və Niderlanda məğlub olan Bolqarıstanla qarşılaşıb. Oyun bolqarların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Yığmamız ilk matçında Niderlanda uduzmuşdu – 0:3. Millimiz son matçını Polşaya qarşı keçirəcək.

 

19:00. Bolqarıstan – Azərbaycan – 3:1 (25:23, 25:19, 21:25, 25:22)
Apeldorn (Niderland), “Omnisport” salonu.

Tarix: 9 Yanvar [21:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Aprel 2020
6  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio