"Kəpəz"in futbolçuları tibbi müayinədən keçdi

I Divizionda ikinci dövrənin hazırlıqlarına start verən “Kəpəz”in əsas komandasının futbolçuları tibbi müayinə olunublar.

 

Sportal.az xəbər verir ki, komanda üzvləri şəhərdə özəl klinikaların birində sağlamlıq vəziyyətlərini yoxlatdırmaq üçün müvafiq prosedurdan keçiblər.

 

“Kəpəz”in futbolçuları, məşqçilər korpusu və texniki heyəti yanvarın 7-də Gəncə şəhər stadionunda təlim-məşq toplanışı üçün bir araya gəlib. “Sarı-göylər” çempionatın ikinci dövrəsinə hazırlığı arenanın yeni istifadəyə verilən süni örtüklü meydançasında davam etdirir.

Tarix: 11 Yanvar [14:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
6 İyul 2020
5  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio