Millinin baş məşqçisi "Astana"nı da çalışdıracaq - rəsmi

12:33 - 14 Yanvar 2020

Roman Qriqorçuku istefaya göndərən "Astana"nın yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Qazaxıstan millisinin çexiyalı baş məşqçisi Mixal Bilek həm də "Astana"yə rəhbərlik edəcək. Yerli federasiya "Astana"nı millinin bazasına çevirmək fikrindədir.

 

54 yaşlı mütəxəssis ötən il Qazaxıstan millisinin baş məşqçisi təyin edilib. O, hər iki işdə çalışacaq.

Xəbər xətti