Azərbaycan millisi özbəklərə uduzdu

00:25 - 22 Yanvar 2020

DÇ-2020-nin elit-raunduna hazırlaşan futzal üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Joze Alesio Da Silvanın komandası Özbəkistan yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb - 2:3.
  
Bu komandalar bu gün eyni məkanda daha bir yoxlama oyununda üz-üzə gələcəklər.
 

21 yanvar
Yoxlama oyunu

Azərbaycan – Özbəkistan 2:3
Qollar
: Vassura, 23:01. E.Soorqali, 35:58 – D.Rahmatov, 02:49. İ.Ropiyev, 04:13. Ə.Usmanov, 28:41.
Qırmızı vərəqələr: İ.Atayev, 34:08 (Azərbaycan), D.Rahmatov, 34:08 (Özbəkistan)
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Rahin Heybətov
Bakı İdman Sarayı.

Xəbər xətti