Mövsümün sonunda "Qarabağ"dan ayrıla bilər

16:16 - 22 Yanvar 2020

İtaliya B Seriyasının lideri "Benevento"nun transfer hədəfində olduğu barədə xəbər yayılan "Qarabağ"ın müdafiəçisi Faysal Rerrasla bağlı daha bir iddia ortaya çıxıb.

 

Sportal.az xəbər verir ki, Kampaniya təmsilçisi mərakeşli futbolçunu mövsümün sonunda transfer etmək istəyir.

 

B Seriyasının digər təmsilçisi "Krotone" də Faysalla maraqlansa da, "Benevento" bu transferdə bir addım öndədir.

 

Rerras 2019-cu ilin yayında “Qarabağ”la 2 illik müqavilə imzalayıb. O, ağdamlılarda 9 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti