Qana millisinin üzvü "Qarabağ"da! - RƏSMİ

"Qarabağ" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi İspaniyanın "Leqanes" klubunun hücumçusu Kvabena Ovusunu transfer edib. Müqavilənin şərtləri açıqlanmayıb.

 

Ovusu yetirməsi olduğu Qananın "Akkra" klubundan "Leqanes"ə 2017-ci ildə keçib. Madrid klubu qanalı hücumçunu 4 dəfə icarəyə verib. 22 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib və 16 oyunda 6 qol vurub.

 

Ovusu Qana yığmasına ötən ildən dəvət alır. O, millidə 3 oyun keçirib və 1 qol vurub.

Tarix: 23 Yanvar [13:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Fevral 2020
16  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio