"Qarabağ" Ovusunun müqavilə müddətini açıqladı - FOTOLAR

14:14 - 23 Yanvar 2020

"Qarabağ" qış transfer pəncərəsində ilk keçidini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi İspaniya La Liqasında çıxış edən "Leqanes"in forvardı Ovusu Kvabenanı heyətinə qatıb. 22 yaşlı hücumçu ilə 3,5 illik müqavilə imzalanıb.

 

Mövsümün ilk yarısını icarə əsasında İspaniyanın "Kordoba" klubunda keçirən qanalı futbolçu 17 oyunda 6 qola imza atıb.

 

Yeni transfer Qananın əsas millisində də 4 oyuna çıxıb.

 

Image may contain: 2 people, people sitting and indoor

Image may contain: 2 people, people sitting and indoor

Image may contain: 2 people, people standing

Xəbər xətti