Qanında xərçəng tapılan baş məşqçi yenidən xəstəxanaya yerləşdirildi

15:28 - 27 Yanvar 2020

İtaliyanın "Bolonya" klubunun baş məşqçisi Sinişa Mixayloviç yenidən xəstəxanaya yerləşdirilib.

 

Sportal.az xəbər verir ki, onkoloji xəstəlikdən (leykemiya) əziyyət çəkən serbiyalı mütəxəssis əvvəlkindən daha az müddətdə xəstəxanada qalacaq. O, antivirus dərmanları ilə müalicə alacaq. 50 yaşlı çalışdırıcıya daha öncə sümük iliyi transplantasiyası olunub.

 

Mixayloviçin “Boloniya” ilə 2022-ci ilə qədər müqaviləsi var. Təcrübəli mütəxəssisdə ötən ilin iyu ayında qan xərçəngi tapılmışdı.

 

“Bolonya”nın həkimi Mihayloviçdə aşkar edilən xəstəliyin ilkin mərhələdə olduğunu və müalicənin uğurla başa çatması üçün inamlarının olduğunu söyləmişdi.

 

Xəbər xətti